Slimfit
  1. TEXNOLOGİYA

Günəş batareyaları ilə işləyən ilk elektromobil

Günəş batareyaları ilə işləyən ilk elektromobil
Sakura

Kiçik alman şirkəti Sono Motors günəş batareyaları üzərində büdcə elektromobilini hazırlayıb, onun kütləvi…

Münhendən olan üç mühəndis üç il müddətində günəş batareyaları üzərində işləyən ucuz avtomobilin hazırlanması ilə məşğul olublar. Mühəndis-konstruksiya işləri üçün vəsaiti almanlar kraudfandinq kampaniyası ilə toplayıblar. Onlar bir neçə aya ilk prototipin hazırlanması və onun sınağı üçün 600 min avro yığmışdılar. Nəticədə günəş panelləri ilə təchiz olunmuş Sion adlı elektromobil hazırlandı.

Kompakt kuzovda mexaniki və nazik polikarbonat örtüyü ilə ətraf mühitin mənfi təsirlərindən qorunan 300 fotoelement yerləşdirmək mümkün olub. Günəş batareyaları özlüyündə Sionu 30km gediş ehtiyatı ilə təmin etmək iqtidarındadır. Sono Motors 14.4 və 30KVt/s həcmli iki akkumulyator batareyası növü ilə “günəş” avtomobili istehsal etməyi planlaşdırırdılar.

Birinci halda gediş ehtiyatı 100km, ikinci halda isə 250km təşkil edib. Lakin “balaca” versiyadan imtina etmək qərarı verilir – müştərilər tərəfdən əvvəlcədən sifarişlər ancaq “böyük” modellər üçün daxil olub. Tez doldurma sistemi vasitəsilə elektrokarın batareyalarını elektrik qutusundan 80% səviyyəsində cəmi 40 dəqiqəyə doldurmaq mümkündür. Bundan başqa batareyanı günəş batareyaları ilə cəmi 8 saata doldurmaq mümkündür.

Mərkəzi paneldə mamırdan hazırlanmış qeyri-adi salon filtri var. İstehsalçıların dediyinə görə mamır tozun kiçik hissələrinin 20%-ə qədərini filtrdən keçirir və eyni zamanda salonda lazımi rütubət səviyyəsini saxlayır. Salonda həmçinin 10 inçli sensor ekran var. Sion Avropada 2019-cu ildən başlayaraq 16 min avroya satılmağa başlayacaq, bu qiymətə batareya daxil deyil: onun üçün əlavə olaraq 4000 avro ödəniş etmək və ya icarəyə götürmək lazım olacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR