Slimfit
  1. CƏMİYYƏT

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
Sakura

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib.

Eyni zamanda, Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir.

Bəs kvotanın nə qədər hissəsi dolub?

Modern.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, sənəd qəbulu davam edir. Qeyd olunub ki, nəzərdə tutulan kvotanın yarısından çoxu dolub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR