Slimfit
  1. HƏRB

Hərbi rütbələr

Hərbi rütbələr
Sakura

Hərbi rütbələr

Hərbi rütbə - hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi.

Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi paqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.

 

A

  • Admiral - hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Avropada XII, Rusiyada XVII əsrin sonu - XVIII əsrin əvvəlindən təsis olunmuşdur.

Admiral poqonu və qol nişanı

 

  • Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrini yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxs və ya orqan.

 

B

  • Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.

1) Baş çavuş poqonu (Azərbaycan Quru Qoşunları)

2) Baş çavuş poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

 

  • Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.

 

  • Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.

1) Baş gizir poqonu (Azərbaycan Quru Qoşunları)

2) Baş gizir poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  • Baş leytenant - (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenant poqonu

 

  • Baş leytenant (HDQ) -  — Azərbaycan Silahlı Qüvvələrində (Quru Qoşunlar, Azərbaycan Hərbi Dəniz Qüvvələri və Azərbaycan Hərbi Hava Qüvvələri) zabit rütbəsi.

Baş leytenant (HDQ) poqonu

 

  • Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.

Birinci dərəcəli kapitan poqonu

 

  • Briqadir — polkovnik hərbi rütbəsindən yuxarı, general-mayor rütbəsindən aşağı hərbi rütbə. Bəzi ölkələrdə o briqada generalı adlanır.

 

Ç

  • Çavuş  — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.

1) Çavuş poqonu (Azərbaycan Quru Qoşunları)

2) Çavuş poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

Ə

  • Əsgər (rütbə) — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə dənizçi rütbəsidir.Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi - leytenantverilir.

1) Əsgər poqonu (Azərbaycan Quru Qoşunları)

2) Əsgər poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

G

  • General
  1. General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.

1) General-mayor poqonu (Azərbaycan Quru Qoşunları)

2) General-mayor poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  1. General-leytenant — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.

1) General-leytenant poqonu (Azərbaycan Quru Qoşunları)

2) General-leytenant poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  1. General-polkovnik— Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.

1) General-polkovnik poqonu (Azərbaycan Quru Qoşunları)

2) General-polkovnik poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  • General-feldmarşal

    — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal.

    General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə - 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada , Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir.

    Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir.

    Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.

 

  • General-kvartirmeyster - Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyində yüksək vəzifəli zabit.

Vəzifəsi

1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi:

Əməliyyat və səfərbərlik,

kəşfiyyat və əks-kəşfiyyat,

rabitə xidmətinin təşkili işlərinə baxırdı.

 

  • Generalissimus  — bir sıra ölkə ordularında ali hərbi rütbə. Bəzi ölkələrdə yüksək hökumət adamlarına və ya hökmranlıq edən ailə üzvlərindən bəzilərinə verilən fəxri ad.

    Bir qayda olaraq bu rütbə müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara verilir. Bəzən bu ad dövlət başçılarına və kral ailə üzvlərinə də verilib.

    Tarixdə ilk generalissimus rütbəsini 1569-ci ildə Fransa kralı IX Karlın qardaşı 18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.

 

  • Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.

1) Gizir poqonu (Azərbaycan Quru Qoşunları)

2) Gizir poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

İ

  • İkinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik-leytenant rütbəsidir.

İkinci dərəcəli kapitan poqonu

 

K

  • Kapitan — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.

1) Kapitan poqonu (Azərbaycan Quru Qoşunları)

2) Kapitan poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  • Kapitan-leytenant— Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kapitanrütbəsidir.

Kapitan-leytenant poqonu

 

  • Kapral— komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.

 

  • Kiçik çavuş— Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.

Azərbaycan Quru Qoşunlarının kiçik çavuş poqonu

 

  • Kiçik gizir - Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.

1) Kiçik gizir poqonu (Azərbaycan Quru Qoşunları)

2) Kiçik gizir poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  • Kiçik leytenant — silahlı qüvvələrin kiçik zabit heyətində ilkin hərbi rütbə və bir çox dövlətlərin digər güc strukturlarında (bir qayda olaraq əlavələrlə, məsələn: kiçik milis leytenantı, kiçik polis leytenantı və s.) xüsusi rütbə.

1) Azərbaycan Hərbi Hava Qüvvələrinin kiçik leytenant paqonu

2) Azərbaycan Quru Qoşunlarının kiçik leytenant poqonu

 

  • Kiçik leytenant (HDQ) — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kiçik leytenant rütbəsidir.

Kiçik leytenant (HDQ) poqonu

 

  • Kontr-admiral— Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.

Kontr-admiral poqonu

 

  • Kornet - Çar və ADR ordusunda hərbi rütbə.Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi

 

Q

  • Qarovul — döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, hauptvaxtada və intizam batalyonlarında saxlanılan şəxslərin keşiyi və qorunması, eləcə də hərbi mərasimlər üçün nəzərdə tutulan silahlı bölük.

    Həm qarnizonlu(düşərgə), həm də daxili(gəmi) qarovulu ola bilər; hər ikisi daimi, həm də müvəqqəti ola bilər. Xüsusi hallar üçün fəxri qarovullar təşkil olunur.

L

  • Leytenant — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrində də eyni cür adlanır - leytenant.

Leytenant poqonu (Azərbaycan Quru Qoşunları)

Leytenant poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  • Leytenant (HDQ)— Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə leytenantrütbəsidir.

Leytenant (HDQ) poqonu

 

M

  • MAXE hərbi qulluqçu— hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyətidir. MAXE hərbi qulluqçuların rütbələri baş əsgər, kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələrdir. Müdafiə Nazirliyi, DİN-in Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində bu hərbi qulluqçuların xidmətindən müəyyən sahələrdə istifadə edilir.

 

  • Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, səyyari, qoşun) adlanırdı.

 

  • Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn, fransız polisinin briqadir-mayoru).

    Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.

P

  • Podporuçik— kiçik zabit heyətində hərbi rütbə. leytenant.1920-ci ilə qədər çar və Müsavat ordusunda kiçik zabit rütbəsi.

 

  • Polkovnik— Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci dərəcəli kapitan rütbəsidir.

Azərbaycan Quru Qoşunlarının polkovnik poqonu

 

  • Polkovnik-leytenant— Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci dərəcəli kapitan rütbəsidir.

1) Polkovnik-leytenant poqonu (Azərbaycan Quru Qoşunları)

2) Polkovnik-leytenant poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

 

  • Poruçik— kiçik zabit heyətində hərbi rütbə.

Rusiya ordusunda poruçik rütbəsi(1855 – 1917)

 

  • Praporşik — bir sıra ordularında rütbə. Çar Rusiyasında (1712-ci ildə kiçik zabit rütbəsi kimi I Pyotur təsis etmişdi) və ADR ordusunda hərbi rütbələrdən biri olmuşdur. XVIII yüzildə XIV klas çini ilə bərabər idi.
  • RAF A W1Prap 2010.png

 

R

  • Rotmistr — çar ordusunda rütbə

Rusiya

XVII əsrdə rus ordusunda rotmistrlər yeni sistemin sipərlərində çıxdı. Rusiya imperiyasında rotmistr - yüksək vəzifəli zabitdir. 1730-1731-ci illərdə alman modeli əsasında ağır süvari yaradıldı, rotmistrin ortaya çıxması ilə yeni sıralar da meydana çıxdı. Rotmistr bəzən don kazakı ordusunun hərbi atamanında idi. 1798-1800-ci illərdə kazak məmurlarının xüsusi adları ordunun zabitlərinə əvvəlki adlarını saxlayaraq ordunun sıralarına bərabər idi. Beləliklə, rotmistr sərkərdə ilə bərabər idi. 1884-cü ildən etibarən rotmistr cədvəldə VIII sinifə yüksəlir.

Polşa ordusu

Rotmistr - XV-dən XX əsrə qədər Polşada hərbi rütbə. Ilk növbədə rotmistr piyada və atçılıq birləşmələrinə başçılıq etdi. Sonra rotmistr komandir adlandırıldı və bu forma 1947-ci ilə qədər davam etdi.

Almaniya və Avstriya ordusu

Almaniya və Avstriya-Macarıstanda rotmistr kapitan rütbəsinə uyğun gəldi. Birinci Dünya müharibəsində rotmistr komandaya və bəzən bir alay komandirinə əmr etdi. Rotmistr 1945-1978-ci illərdə Avstriyada kapitan jandarma və polis rütbəsidir.

Digər ordularda

  • Norveç ordusunda rotmistr var.
  • Isveç ordusunda rotmistr var.
  • Rotmistr çexiya ordusundada var.
  • Danimarkada 1951-ci ilə kimi rotmistr olub.

Məhşur rotmistrlər

  • Platon Voyeykov
  • Yozef Qabcik
  • Roman Zarudniy
  • Kernozickiy
  • Vladimir Littauer
  • İvan Mazepa
  • Votold Pilecki
  • Yan Sobeskiy
  • Manfred Fon Rixtqofen

 

S

  • Sovet İttifaqı Marşalı - Sovet İttifaqı ordusunda ali zabit rütbəsi. 22 sentyabr 1935-ci ildən tətbiq olunmuşdur.

    26 iyun 1945-ci ildə Sovet İttifaqı Generalissimusu rütbəsi təsis edilənədək ən yüksək hərbi rütbə sayılmışdır. 1953-cü ildə yeganə Generalissimus İosif Stalinin vəfatından sonra yenidən de-fakto ən yüksək rütbəyə çevrilmişdir.

1) 1943-cü ildən sonra Sovet İttifaqı Marşalının paqonu

2) 1955-ci ildən sonra Sovet İttifaqı Marşalının paqonu

 

Ş

  • Ştabs-kapitan — çar ordusunda piyada, topçu və texniki hissələrdə Poruçik ilə Kapitan (hərbi rütbə) arasında zabit rütbəsi

 

U

  • Uryadnik — 1. çar ordusunda: kazak kiçik zabiti; 2. çar Rusiyasında: qəza polisində aşağı rütbə.

 

Ü

  • Üçüncü dərəcəli kapitan— Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə mayor rütbəsidir.

Üçüncü dərəcəli kapitan poqonu
 

V

  • Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.

Vitse-admiral poqonu

 

Y

  • Yasavul -  mənşəcə monqol "yasa" – "qanun-qayda" sözündəndir.[Mənbə göstərin] Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar "yalnız möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass) onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər".

    Yasavul-Rusiyada Kazak alayında hərbi rütbə idi.

 

  • Yefreytor -  (alm. Gefreiter‎ - Gefrayter, yəni bəzi öhdəliklərdən azad edilmiş mənasını verən alman sözündən yaranmışdır) — ən yaxşı sıravilərə verilən hərbi rütbə. Manqa komandiri olmayan zaman onu əvəz edir.

 

Z

  • Zabit - (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bu vəzifə növü. Polis və başqa xidmət orqanlarındada istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR