Slimfit
  1. TEXNOLOGİYA

“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb

“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb
Sakura

“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb

“Huawei” şirkəti “6G” standartı üçün şəbəkə həlləri hazırlamağa başlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu məqsədlə Çin istehsalçısı 13 aparıcı tədqiqat institutu ilə birgə iş aparır. Şirkətin texnoloji bazası Kanadanın paytaxtı Ottavada yerləşir.

Analitiklərin ilkin qiymətləndirməsinə görə, altıncı nəsil mobil rabitə şəbəkəsi (6G) 2030-cu ildə kommersiya istifadəsinə veriləcək. Bu müddət ərzində operator və telekommunikasiya avadanlığı istehsalçıları saniyədə 1 terabit buraxılış qabiliyyətinə malik şəbəkələri mənimsəməyə hazır olmalıdırlar.

Bir müddət əvvəl internet mənbələrində “Samsung” şirkətinin də analoji tədqiqatlar apararaq “6G” avadanlığı hazırlamağa başlaması barədə məlumatlar dərc edilib. Bundan başqa, “Nokia”, “Ericsson” və “SK Telekom” şirkətləri altıncı nəsil mobil rabitə şəbəkəsinin qurulmasında aktiv iştirak etməklə bağlı planlarını açıqlayıb. Bunun üçün şirkətlər arasında “6G” şəbəkəsinin inkişafında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR