Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/Üçüncü pərdə (II hissə)

Hüseyn Cavid - İblis/Üçüncü pərdə (II hissə)
Sakura

Hüseyn Cavid - İblis/Üçüncü pərdə (II hissə)

İ k i n c i z a b i t 
 
(marşı dinlədikdən sonra hər ikisinin qolundan tutar) 
 
Gedəlim, yoq gecikmənin səməri. 
 
Y a r a l ı z a b i t 
 
Gedəlim, haqqa doğru, arş iləri! 
 
Gedərlər.  
 
İ x t i y a r 
 
(yoldan keçən bir nəfərə cənazəyi göstərir) 
 
Oğlum, bana yardım eylə bir an. 
 
X a v ə r 
(mərhəmətli və mütəəssir) 
 
Bir hiçlə zavallı oldu qurban. 
 
İ x t i y a r 
 
Yoq kimsədə mərhəmətlə vicdan, 
 
İnsanlığı həp unutdu insan. 
 
(cənazəyi qaldırıb götürürlər) 
 
X a v ə r 
 
(yalnız) 
 
İblisə uyub da əhli-aləm, 
Həp yer yüzü qanlı, cümlə sərsəm... 
 
İ b l i s 
 
(bir guşədə ağsaqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə) 
 
İnsandakı nəfsi-şumə daim 
İblis olur, ancaq olsa hakim. 

Bu sırada V a s i f l ə R ə ’ n a təlaş içində gəlirlər. 
 
R ə’ n a 
 
Allah için eyləyin inayət, 
İzlər bizi bir yığın fəlakət.  
 
V a s i f 
 
(e’tinasız) 
 
Yoq qorquya ehtiyac... 
 
R ə’ n a 
 
Aman dur! 
 
Tərk et də inadı, olma məğrur, 
Baq, arqadaşın çocuqluğundan 
Bir qurşuna oldu şimdi qurban. 
 
V a s i f 
 
Hər dürlü qəzayə razıyım bən, 
Qorqmam fəqət öylə bir dənidən. 
 
X a v ə r 
 
Kimdir əcəba o xain, alçaq? 
 
R ə’ n a 
 
Xavər, onu sorma, yer ver ancaq. 
 
X a v ə r 
 
Aldınsa da Arifi əlimdən, 
Hər yardıma iştə hazırım bən. 
 
(Qülbəyə daxil olurlar. Xavər onları daha içəri keçirmək istər) 
 
İ b l i s 
 
(bıraqmaz) 
 
Dur, getmə, saqın, o dürlü yerlər, 
Həp şübhəyi cəlbü də’vət eylər.  
 
(qülbədəki həsiri bir tərəfə çəkər, ufaq bir qapıyı qaldırıb da Rə’nayə) 
 
Gir, haydı qızım, şu yerdə saqlan! 
 
(Rə’na aşağı enər. İblis qapağı endirib təkrar üzərini həsirlə örtər, Vasifin qolundan dutub ormanı göstərir) 
 
İştə, sana da geniş bir orman! 
 
Bir tərəfə çəkilirlər. Qayb olduqları kibi A r i f fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaqlaşdığı sırada birdən-birə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir. 
 
A r i f 
 
Xavər, bana baq, zavallı Xavər! 
Bir söylə, nədir bu hali-müztər? 
Ağuşuma qoşmaq istiyorkən 
Ürkdün nə için şu sərsəridən? 
 
X a v ə r 
 
Qoşdum sana sevdiyimdən, amma 
Baqdım ki, sevilməyənlər əsla, 
Layiq deyil olmağa həmağuş, 
Ürkdüm də, çəkildim iştə mədhuş. 
 
A r i f 
 
Artıq yetişir bu sərzənişlər, 
Əfv eylə, qüsurə baqma, Xavər! 
 
X a v ə r 
 
Xavər sana etsə də pərəstiş, 
Heyhat, dönərmi bir də keçmiş?! 
Oldun sənələrcə həp ənisim, 
Bəsləndi səninlə fikrü hissim. 
Kölgən kibi həp peşincə qoşdum, 
Eşqinlə qanatlanıb da uçdum.  
Lakin bəni bir nigahə satdın, 
Birdən-birə həp unutdun, atdın. 
Arif! Niyə susdun, ah, böylə, 
Bir söylə, düşünmə, söylə, söylə! 
 
A r i f 
 
Susmaq, o da başqa dürlü fəryad 
Həp bənliyim oldu sanki bərbad. 
 
X a v ə r 
 
Bən hiç, o zavallı ixtiyarı, 
Bir ləhzə düşünmədin də barı. 
 
A r i f 
 
Dur, qəlbimi bir də yaqma artıq, 
Arif fəqət intiharə layiq... 
Bəndən babana səlam edərsin, 
“Gəlmişdi də şimdi getdi”, dersin. 
 
(gedəcək olur) 
 
X a v ə r 
 
Lakin yenə hanki bir diyarə? 
 
A r i f 
 
Bir hiçliyə doğru, bir məzarə. 
 
X a v ə r 
 
(bir az yaqlaşır) 
 
Hiçliksə məramın iştə, Xavər! 
Qülbəm dəxi bir məzarə bənzər. 
Yoq, getmə, babam gəlir bu saət, 
Dur bir verəyim xəbər... 
 
(gedər)  
 
A r i f 
 
Nə hacət! 
Bən yerlərə keçmək istiyorkən, 
Bilməm ki, nə bəkliyor o bəndən. 
 
(cibindən yarıdolu bir raqı şişəsi çıqarır) 
 
Of! Qəmlərimə təsəlli ol sən, 
Hər dərdi unutmaq istərim bən. 
 
Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən tabançayı yerdən alır, qurşunlarına diqqət edər. Bu halları kənardan seyr edən İblis isə məmnun və istehzalı qəhqəhələrlə gülər. Arif dalğın və sinirli bir tevrlə kəndi alnını nişan edər, yaqlaşmaqda olan İblisi görüncə şaşırıb durur. 
 
İ b l i s 
 
Yahu! Bana baq, nədir bu halət? 
Parlar kibi gözlərində dəhşət. 
Dur, səndə var iştə saqlı bir hal, 
Həm zənn edərim məraqlı bir hal. 
Aşiqmisin, oğlum, aç da söylə, 
Əlbət bulunur da bir vəsilə. 
 
(kəndinə işarətlə) 
 
Bir çarə arar şu piri-hikmət, 
Var bəndə, əvət, böyük kəramət. 
 
A r i f 
 
Hiç sorma, başımda macəra çoq, 
Dərdim, kədərim böyük, duyan yoq. 
Bir afətə, bir nigarə uydum, 
Bir qəmzəli işvəkarə uydum, 
Əfsus, o bənimlə könlü birkən 
Bir ləhzədə aldılar əlimdən.  
 
İ b l i s 
 
Lakin nə tuhaf, o nazlı afət 
Etmiş sana iltica bu saət. 
 
A r i f 
 
Ey mürşidi-pir, inayət eylə, 
Əylənmə bənimlə sən də böylə. 
Bən çəkdiyim iztirabü möhnət 
Yetməzmi, bu sözlərə nə hacət! 
Heyhat, o mələk, o şe’ri-pərran 
Mümkünmü ənisim olsun əl’an?! 
 
İ b l i s 
 
Bir yanda durub da bəklə, dərhal 
Parlar sana da pəriyyi-amal. 
 
(qülbəyə daxil olur, həsiri bir tərəfə atar) 
 
A r i f 
 
(bir guşədə bəklər) 
 
Görsəm onu bir də, bir də görsəm... 
 
İ b l i s 
 
Dur, söyləmə!.. 
 
(qapağı açar, başını qaldıran Rə’nayə) 
 
Ah, nuri-didəm! 
Halın nə qədər də qəmli, küskün, 
Bir şey yemək istəməzmi könlün? 
 
R ə’ n a 
 
Lütfən azacıq su ver...  
 
İ b l i s 
 
(boş dəstiyi alır) 
 
Pək ə’la, 
Yoq dəstidə hiç su, yoqmuş əsla. 
Saqlan, yenə haydı, görməsinlər, 
Saqla, baqalım, nə oldu Xavər. 

Qapağı endirir və üzərini həsirlə örtər, qülbədən çıqarlar. 
 
A r i f 
 
(İblisin ayaqlarına qapanır, son dərəcə həyəcanlı) 
 
Bir Xızrmı, ya mələkmisin sən? 
Yalnız bunu bilmək istərim bən. 
 
İ b l i s 
 
Hiç sorma, o sirri şimdi sorma! 
Gəl, gəl bəri, pək yaqında durma. 
 
Arif mütərəddid adımlarla bir qadar çəkilir. İblisin uzaqlaşdığını görüncə təkrar içəri girər, həsiri qaldırır, bu sırada Xavər gəlir. 
 
A r i f 
 
(səndələyərək) 
 
Gəldinmi? 
 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR