Slimfit
  1. TEXNOLOGİYA

İlk Android-smartfonun dizaynı açıqlandı

İlk Android-smartfonun dizaynı açıqlandı
Sakura

İlk Android-smartfonun dizaynı açıqlandı

Ens.az saytı bildirir ki, Ebay ticarət platformasında ilk Android smartfonunun prototipi sərgilənib.

Cihazın dizaynını və cihazın özünü ortaya qoyan satıcı onu bazara girməli olduğu Android-lə işləyən ilk gadjet adlandırır. Prototip HTC və Google mühəndisləri tərəfindən sınaqdan keçirilmişdi, lakin sonradan satışa çıxarılmamışdı. Model displey və fiziki QWERTY-klaviatura, TI OMAP 850 çipi və 64 meqabayt operativ yaddaşa malikdir.

Satıcı cihazı 195 dollar və ya təxminən 331 manata satı.a təqdim edib . Telefon anbarda təxminən on ildir ki qalıb, odur ki, düzgün işləməyə bilər. Qurğu konsepsiya cihazlarında sınaqdan keçirilmiş Android-in əvvəlki versiyalarından birinə əsaslanır.

HTC Sooner sonradan istehsalçı tərəfindən imtina edilmiş və əvəzinə HTC Dream smartfonu bazara girmişdi. Cihaz 2008-ci ildə təqdim edildikdə ABŞ-da qiyməti 179 dollar civarında idi. Həmin vaxt yarım il ərzində ABŞ bazarında bir milyona yaxın cihaz satılmışdı.

Android ƏS-nin ilk versiyası 2008-ci ildə çıxmışdı, Google sistemi 2005-ci ildə Android Inc-i satın aldıqdan sonra inkişaf etdirdi.

2020-ci ilin əvvəlindən isə əməliyyat sisteminin hazırkı versiyası Android 10. hesab olunur. 5G-ni dəstəkləməsi ilə fərqlənəcək Android 11-in açıq satışı 2020-ci ilin üçüncü rübündə gözlənilir.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR