Slimfit
  1. TARİX

İlk paradlar

İlk paradlar
Sakura

İlk paradlar

Bakıda keçrilən ilk Hərbi Parad 1918-ci ilin sentyabrın 15-də oldu.Nuru Paşanın başçılığı altında Bakını azad etmiş qəhrəman Türk əsgərləri Azərbaycan ordusunun yeni yaradılan hissələri ilə birgə indiki “Qurd Qapısı” və “Qırmızı qum”(indiki Bakı Dövlət Universitetinin yerləşdiyi ərazi) adlanan yerdən keçərək Hərbi Parad nümayiş etdirdilər.
   
İkinci hadisə 1919-cu ilin aprelin 5-də oldu. Azərbaycan Milli Ordusu Bakının küçələri ilə keçərək əhalini salamladılar və Hərbi Parad nümayiş etdirdilər.
     
Cümhuriyyət dövründə üçüncü Hərbi Parad 1919-cu ilin iyulunda oldu.Bu dəfə Hərbi Parad Xankəndində keçirildi.
 
Həmin dövrdə Hərbi nazir olan Səməd bəy Mehmandarovun  Nazirlər Şurasının Sədri Nəsib bəy Yusifbəyli ilə Qarabağ bölgəsinə səfəri haqqında “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə: bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını −  Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd  etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!”
 
Düz 104 il sonra Noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Xankəndi şəhərində keçirildi!
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR