Ens.az
22 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
AZƏRBAYCANLI

İtaliyanın Milli qəhrəmanı, Milanın fəxri vətəndaşı olan əfsanəvi azərbaycanlı "Serafino" kimdir?

İtaliyanın Milli qəhrəmanı, Milanın fəxri vətəndaşı olan əfsanəvi azərbaycanlı "Serafino" kimdir?

66 Baxış
İtaliyanın Milli qəhrəmanı, Milanın fəxri vətəndaşı olan əfsanəvi azərbaycanlı "Serafino" kimdir?

Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 1922-ci ildə anadan olmuşdur. Müharibə cəbhəsində Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş (1942) və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.

Metbuat.az bildirir ki, döyüş yoldaşları "Serafino" adını ona atasının adına (İsrafil İsayev) uyğun olaraq vermişdilər. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Həmyerlimiz, leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirmişdir.

 

O, İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşıdır.

 

Tahir İsayev vətən həsrətinə dözməyərək medalları, xatirə saxladığı əşyalarını da götürərək 23 yaşında doğma Azərbaycana qayıdığı zaman vətənində xoş qarşılanmır. Əlində İtaliya və Sovet İttifaqı Kommunist Partiyalarının biletləri olsa da, əsirliyi bəhanə edilərək sıxışdırılır. Hətta atası da oğlundan imtina etmək məcburiyyətində qalır. Bundan sonra İtaliyada adına əfsanələr qoşulan, mübarizəsi ərzində yüzlərlə faşist döyüşçüsünü öldürdüyü söylənən Tahir İsayev vətənə xəyanətdə suçlanmamaq üçün doğma kəndini tərk edərək Gürcüstanın Rustavi şəhərinə köçür.


Tahir İsayev alman və italyan dillərini bilirdi. 1974-ci ildə çəkilən "Onun adı Serafino idi" filmi Tahir İsayevdən bəhs edir. Tahir İsayev 2001-ci ildə vəfat etmiş və doğulduğu kənddə dəfn olunmuşdur. Şıxlı kəndində olan muzeyində onun haqqında geniş material vardır.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Albert Eynşteynin Prinstondakı ofisi. Eynşteynin stolunda hər zaman çoxlu sənəd, müxtəlif mövzulu kitablar olurdu. Onun belə bir sözü var: Əgər stoldakı qarışıqlıq beyindəki qarşılıqdırsa, bəs boş stol nə məna daşıyır?
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X