Slimfit
  1. İDMAN

Maksim Medvedev: "Vorskla" qarşı oyunlarda əlimizdən gələni edib qələbə qazanmaq istəyirik"

Maksim Medvedev: "Vorskla" qarşı oyunlarda əlimizdən gələni edib qələbə qazanmaq istəyirik"
Sakura

Maksim Medvedev: "Vorskla" qarşı oyunlarda əlimizdən gələni edib qələbə qazanmaq istəyirik"

"Bu gün uzun fasilədən sonra komanda olaraq birgə idik. Bu da oyunumuza təsir edirdi. Oyunçular arasında müəyyən əlaqəsizlik var idi. Görüşü yaxşı keçirdik, qol epizodları yaratdıq. Düzdür, 1 qol vursaq da, kifayət qədər şansımız oldu. Rəqib də çox yaxşı müdafiə olunurdu. Amma "Qarabağ"ın təcrübəsi belə müdafiələri yarmağı bacardı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusi Maksim Medvedev "Səbail"ə 1:0 hesabı ilə qalib gəldiyi, amma adı protokolda olmayan oyunçu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə üzləşəcəkləri Azərbaycan Premyer Liqasının VIII tur matçı barədə danışarkən deyib. Təcrübəli müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:.

- Bu gün oyun sizin üçün çətin alındı, yoxsa özünüzü "Vorskla" qarşı matça görə çox yormadınız?

- Oyun doğrudan da çətin alındı. Rəqib çox yaxşı müdafiə olunurdu. Bizim üçün çətin keçdi.

- Çox çətin qrafiklə oynayırsınız, oyunun neçənci dəqiqəsində artıq yorulduğunuzu hiss etdiniz?

- Sona 5 dəqiqə qalmış yorğunluq hiss edirik. Amma rəqib bizdən daha yorğun görünürdü. Ümumi olaraq isə 70-ci dəqiqədən sonra yorğunluq başlayır. Amma biz müəyyən tempi tutmuşuq və buna uyğun da məşqlər keçiririk.

- Bu gün texniki məğlubiyyətlə nəticələnəcək oyun keçirdiniz, ötən gün isə qapıçınız Hannes Halldorsson qəza törətdi. Son zamanlar belə xoşagəlməz hadisələrl baş verir. Bunlar oyununuza necə təsir edir?

- Bunlar bizə demək olar ki, təsir etmir. Çalışırıq ki, belə şeylər oyunumuza təsir etməsin. Haldorsson da təcrübəlidir və vəziyyəti necə qiymətləndirməli olduğunu bilir.

- Avropa Liqasında xal qazana bilməmisiniz. 

- İlk iki oyunda məğlubiyyət yaşadıq. Ona görə də komandanın Avroliqadakı vəziyyəti yaxşı deyil. İndi isə bizi "Vorskla" qarşı oyunlar gözləyir. Əlimizdən gələni edib qələbə qazanmaq istəyirik. Qrupda hansısa nəticə əldə etmək istəyiriksə, bu görüşlərdən maksimum nəticə ilə ayrılmalıyıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR