Slimfit
  1. MARAQLI

Məhəmməd Əlinin adı aeroporta veriləcək

Məhəmməd Əlinin adı aeroporta veriləcək
Sakura

Məhəmməd Əlinin adı aeroporta veriləcək

2016-cı ildə 74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əlinin adı ABŞ-dakı aeroportlardan birinə veriləcək. 

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, aeroport Əlinin doğulduğu Kentukki şəhərində yerləşir. 

Şəhər rəhbərliyinin keçirdiyi mətbuat konfrasında bildirilib ki, ABŞ-ın ən böyük şəhəri sayılan Kentukki aeroportunun “Luisvill Məhəmməd Əli Beynəlxalq Hava Limanı” adlandırılmasına qərar verilib. 

Əfsanəvi boksçunun həyat yoldaşı Lonni Əli verdiyi açıqlamada deyib ki, Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç vaxt doğulduğu yeri unutmayıb. 

Qeyd edək ki, bu gün Məhəmməd Əlinin doğum günüdür. Yaşasaydı, əfsanəvi boksçunun 77 yaşı olacaqdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR