Slimfit
  1. MEDİA

MEK əməkdaşlarına elmmetrik fəaliyyət istiqamətində təlim keçirilib

MEK əməkdaşlarına elmmetrik fəaliyyət istiqamətində təlim keçirilib
Sakura

MEK əməkdaşlarına elmmetrik fəaliyyət istiqamətində təlim keçirilib

MEK əməkdaşlarına elmmetrik fəaliyyət istiqamətində təlim keçirilib

Aprelin 12-də AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına qlobal elmi məkanda informasiya proseslərinin idarə olunması, öyrənilməsi, qiymətləndirilməsi, bu proseslərə nüfuz etmək və Azərbaycan elmi informasiya məkanında yerini, çəkisini müəyyənləşdirərək tətbiqi sahəsində təlim keçirilib.

Təlim tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi tərəfindən keçirilib. Təlim çərçivəsində kitabxanadakı mütəxəssislərə yeni trendlər, istiqamətlər, tətbiqi sahələrlə əlaqədar məlumat verilib. Həmçinin iştirakçılara indeksləşən və arxivləşən məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi, metriks ölçülər və reytinqlərin hesablanması, akademik profillərin yaradılması, elmi məqalələrin formatı və s. mövzularda məlumat verilib.

Bildirilib ki, elmmetrik fəaliyyət son 20 ildə çox populyar və əhəmiyyətli bir istiqamətdir və Azərbaycanda bu informasiya proseslərinin öyrənilməsi ilə əlaqədar mütəxəssislərin yetişdirilməsinə önəm verilir.  Qeyd olunub ki, elmi informasiya müəssisəsi olaraq MEK bu prosesləri öyrənən bir mərkəzdir. 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR