Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yaxın gəl

Mirkazim Nikbin - Yaxın gəl
Sakura

Mirkazim Nikbin - Yaxın gəl

Ay sevgilim məndən uzaq dolanma,
Çiçək olub, baharıma yaxın gəl.
Ürəkli ol, atıl eşq dəryasına,
Üzə -üzə axarıma yaxın gəl.

Mən aşiq olmuşam o şirin dilə,
O mavi gözlərə, sarışın telə,
Belə sevgi hər vaxt düşməyir ələ,
Şərik olub, nübarıma yaxın gəl.

Səni sevdim düşünmədən heç nəyi,
Bircə sənsən ürəyimin gərəyi,
İstərəm mən olam toyunun bəyi,
Çox düşünmə qərarıma yaxın gəl.

Mən səninəm, sən də mənim olginən,
Xoş sözlərlə qəlbi ələ alginən,
Ürəyimdə əbədiyyən qalginən,
Uzaq durma, kənarıma yaxın gəl.

Ot tək müqəddəssən, su kimi duru,
Sənsən gözlərimin işığı, nuru,
Mirkazim eşqini, yarını qoru,
De o yara, ilqarıma yaxın gəl.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR