Slimfit
  1. CƏMİYYƏT

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu
Sakura

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub.

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir.

Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir:

"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR