Ens.az
21 sentyabr 2019, şənbə
.
chevron_left chevron_right
KİTABLAR

Nikola Teslanın gündəliyi: həyatımın başlanğıcı

Nikola Teslanın gündəliyi: həyatımın başlanğıcı

908 Baxış
Nikola Teslanın gündəliyi: həyatımın başlanğıcı

Mən 1856-cı ildə anadan olmuşam, lakin əsl həyatımın başlanğıcını Qratsda Ali texniki məktəbə daxil olduğum 1875-ci ili hesab edirəm. Atamın təzyiqi bitmişdi, sağlamlığım bərpa olunmuşdu, mən sərbəst həyat yaşamağa başlamışdım və nəhayət ciddi təhsil almaq imkanı əldə etmişdim. Ali real texnikumda əldə etdiyim biliklər məni qane etmirdi. Mənim üçün az idi. Mən özüm öyrənməyə başladım, müəllimlərin verdikləri biliklər mənim üçün kifayət etmirdi. İstənilən şagirdin müəllimə ehtiyacı var. Əsl müəllimləri ancaq Qratsda tapdım. Mən təhsilə qərq oldum və hər səhər oyanarkən fikrimdə ershersoq İohannı (Ershersoq İohann Avstriyskiy (1782-1859) –II Fransın qardaşı,  imperator II Leopold və ispan infantı Mariya Luizanın oğlu)bu şanlı məktəbi yaratmaq ideyasına görə təşəkkür edirdim. İlk günlərdən Qratsda qeyri-adi inkişaf başladı. Mən hiss etdim ki, nəhayət ciddi şəkildə, həqiqətən öyrənirəm. Mən öyrənilməsi mümkün olan hər şeyi öyrənirdim, mübtəla kimi məşğul olurdum, bu da ilk əvvəl müəllimləri sevindirsə də, daha sonra onlar qorxmağa başladılar. Onlar qorxurdular ki, məndə əsəbi pozğunluq və ya daha ağır bir şey yaranacaq – mən dəli olacam. İstənilən təhsil müəssisəsində vaxtaşırı kimsə dəli olur. Bizim dekan Roqner atama məktub yazaraq mənim belə “özümü yormamağım” üçün mənə təsir göstərməyini xahiş etdi. Atam məndən daha çox istirahət etməyi xahiş etdi, lakin mənə istirahət lazım deyildi. Mən yorulmurdum, təhsildən zövq alırdım, onunla yaşayırdım. Mən özümü miskin gölməçədən böyük görə düşən balıq kimi hiss edirdim. Mən belə həyat yaşamağıma hər gün sevinirdim.

Tezliklə müəllimlər digər tələbələrə məni nümunə çəkməyə başladılar. Təbii ki, bu mənə qarşı pis münasibət yaratmağa başladı. Heç kim onun nümunə kimi çəkilməsini xoşlamır. Ədavət onunla çətinləşdi ki, mən təhsildə heç kimə kömək edə bilmirdim. Mən kimsə sualla müraciət edərkən insafla kömək etməyə çalışırdım, lakin bəxbəxtlik mənim izah edə bilməməyimdə deyil, mən başa sala bilmirəm. Mən sadəcə olaraq mənim bilik səviyyəmlə eyni olan sualları müzakirə edə bilirəm. Müəllimlik istedadı məndə qətiyyən yoxdur. Başqa tələbələr mənim izahlarımı başa düşmürdülər, çünki onlar üçün bu çox anlaşılmaz idi. Onların anlaqsızlığı məni özümdən çıxarırdı. Mən eyni şeyi bir neçə dəfə təkrar etməyi xoşlamıram, ümumiyyətlə heç kim xoşlamır. Mən acıqlanırdım, acı sözlər deyirdim, insanlar da elə fikirləşirdi ki, mən özümün üstünlüyümü qeyd edərək onları təhqir edirəm – sonrada təhqir etmək üçün qəsdən anlaşılmaz məsələləri izah edirəm. İki dəfə məsələ qarşıdurmaya gətirib çıxardı, onlardan da mən qalib kimi çıxdım. O zamanlar mən daha güclü oldum və həmyaşıdlarımdan nəinki zehni, həm də fikizi cəhətdən üstün oldum.

Yaşlı insanlar çox tez-tez özlərini uşaq kimi aparır. Əvvəllər məni xırdalıqlara görə rahatsız edirdilər - əşyalarımı gizlədirdilər, yazılarımı mürəkkəblə batırırdılar, otağıma pişik buraxırdılar ki, qapalı yerdə qalaraq otağı qarışdırsınlar. Hər kəs mənim təmizlik və səliqə barədə həssas olduğumu bilirdi və qəsdən ən ağrılı yerimdən zərbə vururdular. Xüsusilə Payer familiyalı bir tələbə fərqlənirdi. Axmaq və əxlaqsız olan bu insan anlaşılmaz qürur hissi ilə deyirdi ki, onun üçün restoran kartını oxumaq kitab oxumaqdan daha xoşdur. Mən hələ də onun texniki məktəbə gəlmə səbəbini başa düşə bilmirdim. Çox vaxt belə avaralar texniki ixtisaslara deyil, humanitar elmlərə istiqamətlənir. Payerə görə məni az qala ordan çıxarırdılar. Bir dəfə mən onu yatağıma kül səpərkən yaxaladım və necə lazımdır döydüm. Əllərimə rəvac vermək lazım deyildi, lakin belə zarafatlardan əsəblərim korlanmışdı. Bundan başqa çarpayıya səpilmiş külün nə qədər narahatlıq yaratdığını təsəvvür edin, xüsusilə bunun təmizlənməsinin mənim üçün nə qədər vaxt aldığını düşünün. Mən özüm bütün işləri görürdüm, çünki qənaət etmək məcburiyyətində idim. Mən kiçik təqaüdlə dolanırdım və heç bir əlavə iş görərək əlavə qazanca malik deyildim, çünki bütün vaxtımı təhsilə həsr edirdim. Əgər işləyirdimsə, onda nəyisə öyrənmək imkanına malik olmaq üçün kiminsə laboratoriyasında pulsuz işləyirdim.

Payer şikayət etdi və dekanın himayəsi olmasaydı məni qova bilərdilər. Onun hesabına mən təhsilimi davam etdirdim. Axmaq zarafatlar qurtardı, çünki heç kim şikəst olmaq istəmirdim, lakin məni rahat buraxmırdılar, məni daha kəskin üsullarla əsəbləşdirməyə başladılar. Mənim yanımda məni təhqir edən söhbətlər aparılırdı. Adımı çəkmirdilər, buna görə də öz hirsimi göstərə bilmirdim, lakin məsələ adda deyil axı. Hər kəsə məlum idi ki, söhbət məndən gedir. Mən əsəbləşirdim, bunu göstərmək istəmirdim, ümid edirdim ki, nə vaxtsa bu axmaq işlərdən bezəcəklər və məni rahat buraxacaqlar. Mən nahaq yerə ümid edirdim, bu təhsilin sonuna qədər davam etdi. Bu işlərdə bir çox tələbə iştirak edirdi, onlar mənim iti ağlımdan qəzəblənirdilər, yeni mözvular tapırdılar, buna görə də onlara fikir verməmək artıq alınmırdı. Mən əsəbləşirdim və dəsrlərim bundan əziyyət çəkirdi. Təhsil və zehni iş ruhi sakitlik tələb edirdi.

Mən təhsil üzrə yoldaşlarımla olan münasibətləri belə təsəvvür etmirdim. Tələbə birliyini sadəlövh cavan xəyalpərəst kimi biliyə olan ümumi ehtiyac ilə birləşmiş cavan insanların birliyi kimi təsəvvür edirdim. Məktəbə daxil olmamışdan əvvəl necə elmi müzakirələr aparacağımızı, ideyalarla bölüşməyimizi təsəvvür edirdim. Buna bənzər heç bir şey olmadı. Nəticədə ümidlərimin və milli faktorların uyğun olmadığını izah etdim, hər şeyi tələbələrin əksəriyyətini təşkil edən avstraliyalılarla əlaqələndirdim. Habsburqlar impediyasında yaşamış avstraliyalılarla digər xalqlar arasında qarşılıqlı düşmənçilik mövcud idi. İndi bu qədər ömür yaşayandan sonra geriyə baxaraq başa düşürəm ki, mən düz deyildim. Məsələ avstraliyalılarda deyil, ümumilikdə insanlardadır. Paris və Nyu-Yorkda da mənə yaxşı münasibət bəsləmirdilər.

Tələbələr arasında çoxlu, müəllimlər arasında isə bircə düşmənim var idi, lakin bu bir düşmən yüzünə dəyərdi. O zərif ruhlu nəhəng, məşhur fizik professor Peşl idi. Onunla mübahisə edilməsini xoşlamırdı, lakin tələbələrə müəllimlərlə mübahisə etməyə icazə verilirdi, bu təhsil prosesinin bir hissəsidir. Mən eşitmişdim ki, Peşllə ehtiyatlı olmaq lazım idi, buna görə də ona etiraz edərkən sözləri ehtiyatla seçirdim. Lakin bu məni xilas etmədi. İki mübahisədən qalib çıxaraq mən Peşlin qəddar düşməninə çevrildim. Peşl metodik olaraq mənim nüfuzumu məhv edirdi, mənim pis xarakterim, tarazsızlığım və s. Barədə danışırdı. Peşl müəllimləri mənə qarşı qaldırırdı, mən də ona bunun üçün yaxşı səbəb verdim.

Çarəsiz qalaraq mən axmaqlıq etdim – tələbələrin yaşadığı ilə eyni həyatı yaşamağa başladım. Pivəxanalara getməyə başladım, etiraf edim ki, tezliklə hər şeydən uzaqlaşdım. Pis hər şey insanın canını üzür. Bu zəmində mənim hətta məni qəzəbləndirən bəzi tələbələrlə münasibətlərim düzəldi. Onlar mənim necə bilyard oynamağım və hər qalibiyyətdən sonra bol qonaqlıq verdiyimə heyran idilər. Uzun əllər, düzgün gözlər, tez hesablama qabiliyyəti – bilyard oyunçusuna bundan artıq nə lazımdır? Mən hər axşam oynayırdım, çünki tüfeyli həyat ancaq kiy ilə qazanaca biləcəyim çoxlu pul tələb edirdi. Özümün xəyali “məğlubedilməzliyimə” əmin olaraq mən ehtiyatlılığı itirdim, şövqlə, fikirləşmədən oynamağa başladım və nəticədə də uduzmağa başladım. Bilyard mənim üçün az oldu və mən kartla oynamağa başladım. Məlum olduğu kimi kartda dərəcələr bilyarddan daha çoxdur və partnyoru aldatmaq üçün imkanlar da daha çoxdur. Məğlubiyyətlər özü ilə yaxamı qurtarmaq istəyi gətirdi, mən də uçuruma yuvarlanmağa başladım və yəqin ki, əvvəlcə alim kimi, sonra isə anam olmasaydı ölə bilərdim. Növbəti məğlubiyyətimi anam ödəyərək dedi ki, bütün əmlakımızı uduzacağı və heç bir şeylə oynaya bilməyəcəyi günü gözləyir. Ancaq mən belə yola gələ bilərəm. Bu sözlər çox kədərli idi, mənə elə təsir etdi ki, oynamağı dayandırdım və ağıllandım. Lakin bu atam öləndən sonra baş verdi.

1878-ci ilin dekabr ayında öz axmaqlığım, Peşlin səyi və tələbələrin çoxuna düşmənçilik münasibətimin hesabına mən məktəbdən qovuldum. Qovulma çox alçaq şəkildə təşkil edilmişdi. Mən o barədə ancaq sonra bildim. Məni dekan çağırıb dedi ki, mən müvəffəqiyyətsizlik və pis davranışıma görə qovuluram. Təsvir olunmuş müvəffəqiyyətsizlik qətiyyən yox idi, çünki hətta tüfeyli həyat keçirəndə belə minimum tələbləri yerinə yetirir, başqalarının öyrəndiklərini öyrənirdim. Digər tərəfdən, mən bu çərçivədən çıxmırdım, lakin bu səbəbdən məni qovmaq olmazdı. Pis davranışa gəldikdə isə, o da başqa tələbələrin davranışından elə də fərqlənmirdi. Sadəcə Peşlin başçılıq etdiyi düşmənlərim mənim hər xətamı on dəfə böyüdürdülər. Əgər mən bilyard partiyası ilə əlaqədar bir kəslə mübahisə edirdimsə, onda bu əməli sabah pivəxanada qarmaqarışıqlıq kimi qələmə verirdilər.

Mən qəzəbləndim. Haqsızlıq hər zaman məni qəzəbləndirib və qəzəbləndirməkdə davam edir. Mənə yaxşı münasibət bəsləyən yazıq dekana acı sözlər dedim və çıxarlən qapını bərk çırpdım. Bundan sonra məktəbə qayıtmaq mümkünsüz oldu. Mən sərhədi keçdim və elə həmin gün sakitləşəndən sonra bundan peşman oldum. Lakin artıq gec idi.

Mən Marburqa köçdüm (Qratsda qalmaq mümkün deyildi) və bir mühəndisin köməkçisi kimi işləməyə başladım, lakin qısa zamanda işi itirdim, çünki ona qumar oyunlarından daha az vaxt ayırdım. Məsələ rüsvayçılığa qədər çatdı, bu barədə xatırlamaq hələ də ağrılıdır. 1879-cu ilin mart ayında məni – rahibin oğlunu və Yüksək texniki məktəbin köhnə tələbəsini Marburqdan adi bir avara kimi polis protokolu ilə evə (Qospiçə, o zaman Nikolanın valideynləri sağ idi) yolladılar. Atam o vaxt hələ sağ idi, lakin artıq xəstə idi. Məhz o zaman aramızda isti münasibətlər yarandı. Atam məni söyməməyə başladı. O sadəcə olaraq bunu dedi: “Mən sənə öz istəyimə əks olaraq mühəndis kimi oxumağa imkan verdim. Başladığını bitir. Əgər Qratsa qayıda bilmirsənsə, onda Praqaya köç və orda təhsilini bitir”. Atam öləndən bir az əvvəl ona Praqaya getməyim üçün söz verməyimə nail oldu, lakin mən oraya dəfndən dərhal sonra deyil, ancaq 1880-ci ilin yanvarında köçdüm. Atamın məni qumar oyunlarından çəkindirmək üçün söz verməyimi istəmədiyini başa düşə bilmirəm. Mən belə söz verə bilərdim və sözümü saxlaya bilərdim, çünki başqa cür edə bilməzdim. Lakin atamın etmədiyini bir neçə ay sonra anam etdi. O məni xilas etdi. Lazımi anda o mənə düzgün sözlər söylədi. Başqa vaxt mən nəsihətə qulaq asmırdım, qulaq ardına verirdim, lakin həmin anda anamın dediyi hər söz məndə böyük iz buraxdı.

Mən keçmiş barədə tez-tez fikirləşirəm. Həmçinin o zamanlar baş vermiş hadisələr barədə çox düşünürəm. Yüksək texnoloji məktəbdə ehtirasla arzu edən bir insan necə ola bilərdi ki, təhsili şübhəli həzz üçün ata bilərdim. Hər şey axmaq bir istəkdən başladı “hər kəs kimi olmaq”, bu da uçurumun kənarında ancaq xilas olmağımla bitdi. Dayanıb geriyə baxanda mən qorxdum. Bu mənəm? Bütün bunlar mənim başıma gəlib? Mənasız keçirilən hər dəqiqəyə görə qorxan bir insan necə ayları mənasız sərf etdi? Anam məni sakitləşdirərək deyirdi: “bütün cavan insanlar axmaqlıq edir, bunsuz cavanlıq cavanlıq deyil”. Lakin mən ona inanmırdım. Mən cavanlığında heç bir axmaqlıq etməyən bir çox insan tanıyırdım. Atam buna nümunədir. O ağır xarakterli insan idi, lakin hər zaman düz yolla gedirdi ki, buna görə də ətrafdakıların hörmətini qazanırdı. Mən isə hörmət əvəzinə nifrət qazandım. Atamın ölümündən sonra ailədə yeganə kişi kimi başçı olaraq özümü yaxşı aparmırdım. Yaxşı oldu ki, bu çox davam etmədi.

Daha sonra mənim uğursuzluğumu professor Xoll izah etdi. O mənim keçmişimlə ətraflı maraqlanırdı, çünki bu mənimlə işləməsi üçün lazım idi. Xoll dedi ki, bunun səbəbi yorğunluq idi, bunun da nəticəsində ətrafdakıların qərəzli münasibətindən yaranmış daimi və uzun müddətli əsəb sarsıntısı formalaşmışdı.  Mənim orqanizmim və beynim üçün uzun müddətli istirahət lazım idi və bu da edilmişdi. Mənə elə gəlirdi ki, mən başqaları kimi olmaq və digər tələbələrlə münasibətləri yaxınlaşdırmaq üçün “istirahətə yollanıram”, lakin əsas səbəb mənim yorğunluğum idi. Çox yorulanda xəstələndiyimi, spirtli içkilərə və qumar oyunlarına meyllilik hiss etmədiyimi deyərək etiraz edəndə Xoll mənə xatırlatdı ki, mən anama oynamağı atmağı söz verdiyim üçün beynim bu şərti hətta mən onu xatırlamadığım vaxtda belə nəzərə alır. Xoll hesab edirdi ki, məhz buna görə məndə qumar oyunlarına qarşı nifrət yaranmışdı.

Qospiçdə mən gimnaziyada riyaziyyat müəllimi kimi işləyirdim. Orada mənim üçün başqa heç bir iş yox idi. Mən daha əvvəl yazmışdım ki, məndə müəllimlik qabiliyyəti yoxdur. Bu bir neçə ay mənim üçün davamlı əzab idi. Praqaya getmək üçün qovulanda rahat oldum. Düşünürəm ki, mənim tələbələrim üçün də rahat oldu.

Praqaya bilik ehtirası olan əvvəlki Nikola Telsa köçdü. Çarəsiz oyunçu və sərxoş həmişəlik öldü. Mənim qumar oyunlarına olan nifrətim o qədər güclü idi ki, kart, bilyard stolu və ya sümüklər görəndə məndə təmizlik olmayanda olan hiss yaranırdı. Mən oyunlarımı sayırdım. Yəqin ki, oyunçulardan heç kim öz uduş və ya məğlubiyyətini saymır, ancaq onlardan ən böyüyü yadda qalır. Lakin mən sayırdım. Çoxdan istifadə olunmayan quldenlərin (Avstriya impersiyasının 1858-1892-ci illərdə istifadə olunan valyutası) heç bir mənası yoxdur, lakin mən onları qızıl qiymətinə uyğun olaraq dollarla hesabladım və alınmış nəticəni yuvarlaqlaşdırdım. Belə ki, tüfeyli həyat sürərkən mən 840 dollar (qeyd edək ki, söhbət 1937-ci ildəki dollardan gedir) ziyana düşdüm. Ola bilsin ki, kiminsə üçün bu rəqəmlər böyük görünməyəcək, lakin nəzərə alın ki, bu hadisə Avstriya imperiyasında yarım əsr bundan əvvəl baş verib cə həmin vaxtlar ailəm hər quldenə qənaət edərək kasıb yaşayırdı.

 

Tərcümə: Famil Ələkbərov

 

Əvvəlki hissə:

Növbəti hissə: 


Etiketlər:
VİDEO QALEREYA
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ