1 aprel 2020, çərşənbə
.
.
chevron_left chevron_right
ŞİKAYƏTLƏR VƏ MÜRACİƏTLƏR

Ölkə ictimaiyyətinə müraciət. 7 yaşlı qızın taleyinə biganə qalmayın!!!

Ölkə ictimaiyyətinə müraciət. 7 yaşlı qızın taleyinə biganə qalmayın!!!

140 Baxış
Ölkə ictimaiyyətinə müraciət. 7 yaşlı qızın taleyinə biganə qalmayın!!!

Bir müddət öncə təsadüfən bacım və onun iş yoldaşı arasında gedən telefon söbətinə şahid oldum. Zəng edən xanımın bacımla danışdığı mövzu o qədər təsirli idi ki... Mən, barəsində danışılan 7 yaşlı qızcığazın acı dolu həyat hekayəsini səssizcə dinləyir, onun körpə yaşında keçirdiyi hissləri xəyalımda canlandırdırıb, ağlayırdım.

Ürək dağlayan bu ailə dramı haqda qeyri- ixtiyari olaraq eşitdikcə məni dəhşət bürüyür və bir ana kimi 7 yaşlı qızcığazın üzərində dolanan qara buludlar və onun başna gələ biləcəklərə laqeyd qalmaq istəmirdim. Beləliklə mən, çarəsizlik içində çırpınan bu ailəyə və balaca qızcığaza yardım etmək, həmçinin ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək qərarına gəldim.

Bu acı hekayənin qəhramanı olan Leyla (ad şərtidir), dünyaya gələndə, onun anası Gülnurə (ad şərtidir) artıq 4 il idiki amansız xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Gülnurə, bu dünyada doğulmuş və gənc yaşlarından etibarən həyatın bütün əzab və acılarını yaşamağa məhkum olunmuş təmiz qəlbli, mehriban və qayğıkeş insan idi. Bütün bu müsbət xüsusiyyətlərinə görə hər kəs onu çox sevir və hörmətlə yanaşırdı.

Ailə qurduqdan sonra Səidə uzun müddət ana olmaq arzusu ilə yaşadı. 10 il sonra onun bu arzusu reallaşmaq üzrə olduqda, o artıq xərçəng xəstəsi idi Səidə və bətnindəki körpəsinə zərər verməmək üçün, ağrıkəsici dərmanlar qəbul etmir və bütün gün dəhşətli acılar içində qıvrılırdı.

Təbii ki, bu, bir qadının öz övladı üçün ortaya qoyduğu iradə, fədakarlq və cəsarətin çox üzərində olan bir addım idi.

Bu cür əzablarla uşaq dünyaya gətirdikdən sonra körpəsini böyütmək üçün maddi və mənəvi çətinliklərlə müalicə almağa bəzən təkbaşına İrana və Türkiyəyə gedir, ümidini itirmədən mübarizə aparırdı. Onun yeganə arzusu yaşamaq və övladını böyütmək idi. Lakin o, bu dünyadakı son arzusuna çatmadan 2014-cü ildə haqq dünyasına qovuşdu.

Onu vaxtsız itirmək həm bacısı, həm də valideynlərini çətin vəziyyətə salsa da, bu ağır günlərdə xanım həm valideyinlərinə dəstək olmalı, həm də bacısının ona əmanət etdiyi 10 aylıq körpəyə baxmaq məcburiyyətində idi. Çünki hələ Gülnurənin xəstəliyinin şiddətləndiyi ilk vaxtlardan isə, onun həyat yoldaşı Əli (ad şərtidir) və onun valideyinləri, yaşamaq uğrunda mübarizə aparan Gülnurəyə yardım etmir, əksinə xəstə olduğu üçün ondan imtina etmişdilər.

Belə ki, hər dəfə kimya terapiyanın vaxtı çatdıqda onlar müxtəlif bəhanələrlə evdə söz-söhbət salır, Gülnurəni evdən qovur, ata evinə göndərirdilər. Gəlin köçdüyü evdə elə ilk gündən başına gətirilən oyunlardan sonuncusu isə, Gülnurənin 20 günlük körpəsi ilə evdən birdəfəlik qovulması olur. Buna dözməyən Gülnurənin yaşlı atası Nurlan kişi, xəstə balasının təziqlərə mərzu qalması və ona qarşı edilən qeyri insani davranışa etiraz etmək üçün Əli və valideyinlərinin yaşadıqları evə gedir, onlara ciddi etirazını bildirir. Yaşlı ataya verilən cavab isə heç də adi olmur: "Leyla və xəstə anası bizim üçün əlavə yükdür, ana və bala bizə maneçilik törədir və körpəyə görə heç yerə gedə bilmirik".

Beləliklə bu cür çətin məqamda onlar, qeyri-insani davranış nümayiş etdirirlər və balaca Leyladan canını qurtaramaq istəyən Əli, uşağın nənə, baba və xalasının himayəsinə verilməsinə dair yazılı razılıq verir.

Beləliklə, Gülnurənin həyat və ölüm arasındakı mübarizəsi ər evində deyil, atasının evində keçir. Amansız xəstəliklə aparılan mübarizə heç bir nəticə vermir və Səidə yavaş-yavaş amansız xəstəliyə təslim olurdu. Nəhayət bütün ömrü əzablar və işgəncə içində keçən Gülnurə yyuxarıda qeyd etdiyim kimi, 2014-cü ildə uzun sürən ağır xəstəlikdən sonra dünyaşını dəyişir. Gülnurənin dəfni ilə bağlı bütün xərcləri də atası Nurlan kişi qarşılayır, həyat yoldaşı Əli isə dəfn mərasimində qonaq kimi iştirak etdikdən sonra körpəsinin üzünə baxmadan onu tərk edib gedir. Bacısının əmanəti olan 10 aylıq körpəni Leylanın xalası və onun valideynləri böyüdür, uşaq üçün hər şərait yaradılır. Bu gün artıq Leyla l sinifdə oxuyur. Ötən illər ərzində atanın öz uşağından sözün əsl mənasında xəbəri olmur və onunla maraqlanmır. Xəstələnəndə, bayramlarda, ad günlərində, hətta məktəbə gedəndə atası onun yanında olmur, dəstək vermir. Əvəzində isə Əli yeni ailə həyat quraraq 4-cü dəfə evlənir. Bu kifayət deyilmiş kimi, anası öldüyü üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən Leylaya verilən aylıq (160 manat) müavinət kartı 2017-ci ildə Əli tərəfindən ələ keçirilir və bu günlərdə DSMF-dən verilən rəsmi məlumata əsasən 2020-ci ilin fevral ayına qədər bütün vəsaitlər (təxminən 6 min manat) Əli tərəfindən kartdan çıxarılmışdır.

Bütün bunlara baxmayaraq bir neçə ay öncə Leylanın babası Nurlan kişiyə məhkəmədən məktub gəlir və məlum olur ki, Əli Leylanın nənə və babasına qarşı məhkmədə iddia qaldıraraq balaca Leylanı onlardan tələb edir. İddiasını isə belə əsaslandırır ki, güya nənə və babası uşağı zorla evdə saxlayır və ona göstərmirlər. Məhkəmə araşdırması zamanı müvafiq dövlət orqanının rəyinin alınması ilə bağlı iş materialları, Xətai Rayon İcra Hakimiyyəti İcra və Qəyyumluq Komissiyasına göndərilir, uşaqla görüşən komissiya üzvləri tərəfindən məhkəməyə təqdim olunan rəydə qeyd olunur ki, uşaq atasını tanımır və onunla heç münasibəti yoxdur.

Bununla belə, Xətai rayon məhkəməsinin hakimi Komissiyanın rəyini və işin faktiki hallarını nəzərə almayaraq, 7 il uşağın üzünü görməyən, onunla maraqlanmayan və üstəlik uşağına aliment vermək əvəzinə dövlətimizin azyaşlı uşağa verdiyi maddi yardımı oğurlayan ataya haqq qazandırır və onun iddiasını təmin edir. 7 il ərzində bütün təminatları qarşılanan, sürdüyü qayğısız və xoş günlərdən sonra balaca Leyla, həyatında ilk dəfə qorxu və stressin nə olduğunu anlayır, atasının onu aparmasından qorxur, hər an həyacanlı və narahat şəkildə ətrafa boylanır. İllər sonra anasının öldüyünü öyrənən Leyla öz anası Gülnurəni xatırlamasa da, onu daim xəyallarında yaşadır və onun fotolarını ən dəyərli xatirə kimi özündə saxlayır. Bu yaxınlarda isə biz təsadüfən bir hadisənin şahid olduq. Öz otağında anasının məzarına bənzər məzar düzəltmiş, Gülnurənin fotosunu qoymuş və uzun müddət ağlamışdır. Bu körpənin keçirdiyi iztirblar ailəni yenidən pərişan etmiş və illər sonra yenidən çıxılmaz vəziyyətə salmışdır.

Məhkəmənin ədalətsiz qərarı ilə barışmayan nənə, baba və xala həmin qərardan apellyasiya şikayəti vermiş və işin ədalətli həlli üçün sona qədər mübarizə aparacaqlarını bildirmişlər. İddialara görə 90-cı illlərdə törətdiyi zorlama cinayətinə görə axtarışa verilən Əli müxtəlif yollarla məsuliyyətdən yayına bilmiş, lakin yenə də məsuliyyətdən canını qurtara bilmişdir.

Əziz həmvətənlər! Bu yaxınlarda ölkəmizdə azyaşlı bir qız uşağının başına gətirilən faciəvi hadisələrdən hamımız sarsıldıq. Dörd nikahdan yalnız 1 övladı olan Əli Leylanı hal-hazırda tanımadığımız bir qadının yanında saxlamaq niyyətindədir. 7 il sonra uşağın israrla təlb olunması bizdə ciddi şübhələr doğurmaqla yanaşı, bizi hım də qorxudur. Leylanın gələcək taleyi üçün aparılan bu mübarizədə və məsələnin ictimailəşdirilməsində sizin dəstəyinizə böyük ehtiyac var. Xanımın dili ilə desəm, bir ana yarısı kimi səsimin müvafiq orqanlara çatdırılması, balamıza kömək edilməsini istəyirəm,. Xahiş edirəm bu balaca körpənin gələcək həyatına biganə qalmayın..!





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X