Slimfit
  1. İDMAN

"Qəbələ" "Neftçi"ni dayandırdı, "Qarabağ" qalib gəldi

"Qəbələ" "Neftçi"ni dayandırdı, "Qarabağ" qalib gəldi
Sakura

"Qəbələ" "Neftçi"ni dayandırdı, "Qarabağ" qalib gəldi

Oktyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasının 8-ci turuna “Qəbələ”-“Neftçi” oyunu ilə start verilib.

Axar.az xəbər ki, Qəbələ şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Ceyms Adeniyi (14, 77) və Stiven Monroz (57) fərqləniblər. “Neftçi”nin yeganə qolunu isə Kvame Karikari vurub (90+4). Matçın 67-ci dəqiqəsində ev sahiblərinin heyətində Təmkin Xəlilzadə qırmızı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib.

Beləliklə, cari mövsümdə “Neftçi” komandasının məğlubiyyətsizlik seriyasına səkkizinci turda son qoyulub. Hazırda hesabında 19 xal olan flaqman turnir cədvəlində birinci pillədədir.

Tur çərçivəsində bu gün oynanılan digər görüşdə “Qarabağ” komandası “Səbail” ilə qarşılaşır. Hazırda 16 xalla turnir cədvəlində ikinci sırada olan ağdamlılar iki top fərqi ilə qalib gələcəkləri təqdirdə liderliyi ələ keçirəcəklər.

Səkkizinci tur çərçivəsində oktyabrın 21-də “Sumqayıt”-“Sabah” və “Keşlə”-“Zirə” görüşləri oynanılacaq.

***

"Qarabağ" "Səbail"ə Zubirin matçın ikinci hissəsində vurduğu qolla qalib gəldi: 1-0.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR