Slimfit
  1. AVTO VƏ MOTO

Rivian elektrik pikapları bir-birini enerji ilə təchiz edə biləcək

Rivian elektrik pikapları bir-birini enerji ilə təchiz edə biləcək
Sakura

Rivian elektrik pikapları bir-birini enerji ilə təchiz edə biləcək

Bundan başqa, yük yerinə köməkçi akkumulyatorları qoymaq mümkün olacaq.

Elektromobil də müəyyən mənada, batareya ilə işləyən smartfona bənzəyir. Və əgər, başqaları ilə öz enerjisini paylaşa biləcək smartfonlar varsa, niyə eyni funksiya elektromobildə olmasın?

TED.az xarici mətbuata istinadən xəbər verir ki, elektrik pikapının layihəsini hazırlayan “Rivian Automotive” şirkətinin mütəxəssisləri məhz buna nail olmağı qərara alıblar. Şirkət rəhbəri müsahibəsində, bir Rivian elektromobilinin başqa birinə elektrik enerjisi ötürə biləcəyini bildirib. O, həmçinin şirkətin artıq patentləşdirilmiş köməkçi batareyaları buraxmaq niyyətində olduğunu təsdiqləyib.

Qeyd edək ki, əlavə batareyalar olmadan da, pikap bir dəfə tam elektrik enerjisi yığmaqla 650 km məsafəni qət edə biləcək.

R1T pikapı bazarlarda 2020 ildə görə biləcəyik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR