1. TEXNOLOGİYA

Robotun köməyilə dünyada ilk beyin əməliyyatı həyata keçirilib

Robotun köməyilə dünyada ilk beyin əməliyyatı həyata keçirilib
:0

Robotun köməyilə dünyada ilk beyin əməliyyatı həyata keçirilib

Tibb sahəsində istifadə olunan robotlarn mürəkkəbliyi və funksiyalarının sayı hər il artır. Uzaq məsafədən həyata keçirilmiş ürək əməliyyatından sonra həkimlər mexaniki manipulyatorun köməyi ilə pasiyentin beyninə cərrahi müdaxilə ediblər.

ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, anevrizmin ləğvi üzrə mürəkkəb əməliyyat Kanadada cərrah Vitor Mendes Pereyra tərəfindən həyata keçirilib. O, hərəkətlərin yüksək dəqiqliyini təmin edən, coystik və sensor ekranın köməyilə idarə olunan ikinci nəsil “CorPath GRX” avtomatlaşdırılmış əldən istifadə edib.

Robotun kabel vasitəsilə operator pultuna birləşdirilməsinə baxmayaraq, istehsalçılar gələcəkdə belə əməliyyatların uzaq məsafədən həyata keçiriləcəyinə ümid edirlər. Pereyra pasiyenti əməliyyat etməzdən öncə onun beyninin strukturunu dəqiq köçürən “3D” model üzərində məşq edib və əməkdaşlardan ibarət komanda ilə qarşılıqlı əlaqəni yoxlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR