Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
ŞƏHİDLƏR

Şəhid Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı

Şəhid Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı

114 Baxış
Şəhid Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı

Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb. Qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb. Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları Xəzər Xəbərlə bölüşüb.

Mərhum hərbi pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.

Şəhidin qardaşı Nicat Atakişiyev qardaşının məzarını ziyarət edərkən qəbrin üzərində məktub olduğunu görüb. Nicat Atakişiyev şəhidimizə olan sevgi və hörmətin əks olunduğu bu məktubu oxuyanda çox təsirləndiyini deyib.

"Tanıyan, tanımayan nə çox sevənin varmış komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhid düşmə xəbərini aldığım anda bircə kəlmə deyə bilmədim. Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!" deyə məktubda qeyd olunub.

Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb.

Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

 

 


Mənbə: Xezerxeber




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X