Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Sərxan Bayramov Oqtay oğlu

Sərxan Bayramov Oqtay oğlu
Sakura

Doğum tarixi : 12 iyul 1993 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)

Sərxan Oqtay oğlu Bayramov (d. 12 iyul 1993; Zaqatala, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Sərxan Bayramov 1993-cü ilin 12 iyul günündə Zaqatala şəhərində anadan olub.

Hərbi xidməti

Əsgər Sərxan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Sərxan Bayramov doğulduğu Zaqatala şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Sərxan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR