Slimfit
  1. AVTO VƏ MOTO

Sovet maşınını ABŞ-da çox baha qiymətə satdılar

Sovet maşınını ABŞ-da çox baha qiymətə satdılar
Sakura

Sovet maşınını ABŞ-da çox baha qiymətə satdılar

Şəhər nəqliyyatında sovet maşınlarının payı çox azalıb. Hərçənd, okeanın o tərəfində də SSRİ-də istehsal olunmuş avtomobillərə ehtiyac duyurlar. Bizimyol.info xəbər verir ki, sovet maşınını ABŞ-da çox baha qiymətə satıblar. VAZ-2102 “eBay”da satışa çıxarılıb. “Jiquli” 18 min 295 dollara satılıb. Avtomobilin yeni sahibinə ilkin yardım üçün apteçka və ayrı-ayrı alətlərin zavod dəstini də təqdim ediblər. Maşın çox yaxşı vəziyyətdədir, cəmi 27 min 936 kilometr sürülüb. SSRİ dövlət nömrəsinə görə, avtomobilin ilk dəfə Rusiyanın Volqoqrad vilayətində asfalt üzərinə çıxdığı məlum olur. Bir neçə il ABŞ-da VAZ-2101 maşınını 9999 dollara satmışdılar. Həmin avtomobil təxminən 45 min kilometr sürülmüşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR