Slimfit
  1. CƏMİYYƏT

Spikerdən sərəncam: Görüş və iclas salonlarına adlar verildi

Spikerdən sərəncam: Görüş və iclas salonlarına adlar verildi
Sakura

Spikerdən sərəncam: Görüş və iclas salonlarına adlar verildi

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb. 

Ens.az xəbər verir ki,bununla bağlı Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. 

İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb. 

Bununla yanaşı, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar İclas zalı və müstəqil Azərbaycanın memarı olan ümumilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR