Slimfit
  1. MEDİA

Tarixçi alimin yeni monoqrafiyası Türkiyədə nəşr edilib

Tarixçi alimin yeni monoqrafiyası Türkiyədə nəşr edilib
Sakura

Tarixçi alimin yeni monoqrafiyası Türkiyədə nəşr edilib

Tarixçi alimin yeni monoqrafiyası Türkiyədə nəşr edilib

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix - Coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyevanın  “Şimali Qafqaz dövlətlərinin yaranması: Türkiyə və Azərbaycanın köməyindən Rusiyanın işğalına qədər (1918 – 1920)” adlı yeni monoqrafiyası  işıq üzü görüb. 

Əsər 1918-1920-ci illərdə Şimali Qafqazda müstəqil dövlətlərin yaranmasında Türkiyənin roluna həsr olunub.

Kitabda 1918-ci ildə Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinə təsiri və yardımı mövzusu tarixşünaslıqda geniş şəkildə tədqiq edilib. Geniş arxiv sənədləri əsasında Türkiyənin xarici siyasətinin məqsəd və vəzifələrini, Türkiyənin müxtəlif ictimai-siyasi təşkilatlarının maraqlarını, xarici siyasətin və geosiyasi maraqların regiona təsirini öyrənmək imkanı əldə edilib. Sözügedən sənədlər vasitəsilə Mudros barışığından sonra da türk zabit və əsgərlərinin və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı müsəlman qardaşlarına heç bir maraq güdmədən yardımını görmək mümkündür. Türk xalqı və türk ordusu ölkədəki çətinliklərə baxmayaraq, bolşevik, daşnak və ağqvardiya təhlükəsi qarşısında Qafqaz müsəlmanlarını yardımsız qoymadı. 

Monoqrafiyada Türk ordusu ilə yanaşı türk və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı fəaliyyətləri, o dövrə aid xatirələrin, dövrü mətbuatın və arxiv sənədlərinin analizi, Qafqaz xalqlarının və liderlərinin türklərə qarşı münasibəti diqqətli və əhatəli bir şəkildə tədqiq edilib. Bölgədəki işlər və fəaliyyətlər detallı olaraq təhlil edilib. 

Qeyd edək ki, tarix elmlər doktoru Sevinc Əliyevanın tədqiqatları və kitabları həm Azərbaycanda, həm də Rusiyada: Moskvada, Kazanda, Rostovda, Qroznıda və digər yerlərdə çap olunub. 322 səhifəlik sözügedən monoqrafiya müəllifin Türkiyədə çap olunan ilk kitabıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR