Slimfit
  1. MEDİA

UTECA nümayəndələri Litvada olublar

UTECA nümayəndələri Litvada olublar
Sakura

UTECA nümayəndələri Litvada olublar

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti EQAC Erasmus Plus layihəsinin növbəti təlimində iştirak ediblər. Litvanın Vilnus şəhərində təşkil edilən təlimlərdə UTECA-nı universitetin rektoru, professor Akif Süleymanov, Elm və texnika işləri üzrə prorektor Səbuhi Yusifov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov təmsil ediblər.

Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olublar. Mərkəzin direktoru və kordinatorları fəaliyyətləri ilə bağlı təqdimat keçiriblər. 6 günlük səfər çərçivəsində Litvanın qabaqcıl ali təhsil müəssisələrindən olan Mykolas Komeris Universiteti ilə tanışlıq da olub.

Təlimlərdə universitetlərimiz tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR