Slimfit
  1. İDMAN

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşib

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşib
Sakura

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşib

 Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.

Report” xəbər verir ki, yarımfinalda Çini 3:2 hesabı ilə üstələyən İtaliya həlledici görüşə vəsiqə qazanıb. İtaliyalıların rəqibi Hollandiyanı 3:1 hesabı ilə məğlub edən Serbiya olacaq.

Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da başlayacaq. Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR