Slimfit
  1. MARAQLI

Xoşbəxt olmağı bacarırsınız?

Xoşbəxt olmağı bacarırsınız?
Sakura

Xoşbəxt olmağı bacarırsınız?

XOŞBƏXT OLMAĞI BACARIRSINIZ? Bu suala cavab axtarırıq…

Biz hər zaman xoşbəxtliyin arxasınca qaçırıq, onu böyük evlərdə, bahalı maşınlarda, yüksək maaşlarda, dəbdəbəli geyimlərdə axtarırıq. Bəs bunlar bizi xoşbəxt edirmi? Fikrimcə, xoşbəxtliyi başqa yerdə axtarmaq lazımdır. Bəlkə də ən yaxşı variant onu unudaraq, həyata davam etməkdir. Necə? Heç də çətin deyil!

Nobel mükafatı laureatı yazıçı Orhan Pamuk 2008-ci ildə nəşr olunan “Masumiyet Müzesi” romanı; “Hayatımın en mutlu anıymış, bilmiyordun” cümləsi ilə oxuyucuları salamlayır. Həqiqətən, bir çoxlarımız xoşbəxtliyin nə olduğunu bilmədən yaşayırıq. Bəzən o qədər xoşbəxtlik arxasınca qaçırıq ki, öz xoşbəxtliyimizi belə görmürük. İnsanların daima xoşbəxtlik arayışında olduğunu və bunun insan həyatı üçün  gərəkliyini vurğulayan Yunan filosofu Aristotelin dövründən indiyə kimi bu axtarışlar hələ də davam edir. Lakin, dəyişən həyat tərzləri, müasirləşmə və onun gətirdiyi problemlər, texnologiyanın inkişafı insanlarda xoşbəxtlik anlayışını dəyişdirdi. Bu səbəbdən də anı yaşamayan, daha çox pul, ən yaxşı həyat yoldaşı, uşaqları üçün ən yaxşı məktəb, bahalı maşın arzusunda olan yeni bir nəsil böyüməyə başladı.

Pulla alınmayan, yaşadıqca kəşf edilən, bəlkə də 1 fincan suyun sərinliyində gizli olan xoşbəxtlik; filosoflardan sosioloqlara, alimlərdən ekonomistlərə, psixoloqlardan sadə vətəndaşlara kimi hər kəsin maraq dairəsinə daxildir.  Yüzillərdi ki, hər kəs bu suala cavab axtarır: “Xoşbəxtlik nədir?”

XOŞBƏXTLİK FƏLSƏFƏSİ

Keçmiş zamanlardan bu günə kimi fəlsəfi və dini baxımdan da xoşbəxtlik mövzusuna toxunulub.Qərb fəlsəfəsinə görə “Optimistlər” olaraq tanınan Spinoza, Montaigne və Didorot üçün xoşbəxtlik mümkün və əldə ediləcək bir “məmnuniyyəti' ifadə edərkən, Pascal, Freud və ya Schopenhauer görə isə  xoşbəxtlik əlçatmazdır. Arthur Schopenhauerun sözlərinə görə  “Anadangəlmə səhv bir düşüncəyə sahibik. O da, xoşbəxt olmaq üçün burda olduğumuzu düşünməyimizdir.” 

Xoşbəxtliyi ərdəmli bir həyat tərziylə açıqlayan Stoa və Epikürçülərin əksinə Kant,ərdəmin xoşbəxtlik gətirəcəyinə inanmır; insanların təkcə çata biləcəkləri deyil həm də əlçatmaz arzuları olduğu üçün xoşbəxtlik bir problem halına çevrilir.18-ci əsrdə Alman filosofu İmmanuel Kant, o dövrdə mənəviyyatın insanları məmnun etməyəcəyini görmüş və düşüncələri ilə 21-ci əsrin davamlı olaraq çalışan, arzuladığı həyata sahibkən belə daha üstününü axtaran insanların xoşbəxtlik problemini görmüşdür.

19-cu və 20-ci əsrlərdə xoşbəxtliyi axmaqlıq hesab edən romantik yazıçıların əksinə bu gun biz xoşbəxt bir həyat yaşayırıq. Şəxsi inkişafımız üçün kitablar oxuyuruq, yoqa ilə məsğul oluruq.Hətta daha gənc və xoşbəxt bir sima yaratmaq üçün botoks və ya cərrahi yollara əl atırıq.  Xoşbəxtliyin qəbul olunduğu, bədbəxtliyin isə özgələşdirildiyi bir dövrdə heç olmadığımız qədər bədbəxtik!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR