Slimfit
  1. BİOQRAFİYA

Xurşidbanu Natəvan

Xurşidbanu Natəvan
Sakura

Xurşidbanu Natəvan - Xurşidbanu Natəvan xanım Cavanşir

Xurşidbanu Natəvan — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu xanımı (hakimə) Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda «Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana - öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.

Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Na­tə­van bu şə­hər­də rus, gür­cü mə­də­ni cə­miy­yət­lə­ri­nə qo­şul­muş, özü də mil­li ənə­nə­si, kü­bar­la­ra məx­sus dav­ra­nı­şı və üç dil­də sər­bəst da­nış­ma­sı ilə cə­miy­yət­lər­də ma­raq oyat­mış­dır. Bir sı­ra vi­la­yət və şə­hər­lə­rə sə­ya­hə­tə çıx­ma­sı Xur­şid­ba­nu­nun tə­fək­kür dai­rə­si­nin ge­niş­lən­mə­si­nə, dün­ya­gö­rü­şü­nün artmasına tə­kan ver­miş­dir. Vla­di­qaf­qa­za, Da­ğıs­ta­na, Şir­va­na, Ba­kı­ya, Gən­cə­yə və Nax­çı­va­na sə­fə­ri za­ma­nı o, yük­sək rüt­bə­li döv­lət qul­luq­çu­la­rı, ya­zı­çı, alim və səy­yah­lar­la görüşmüşdür.

1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.

Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur.Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir.

Soyağacı

Pənahəli xanın nəticəsidir.

İbrahimxəlil xanın nəvəsidir.

Ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir: anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.

Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır.

Kumık Xasay xanın həyat yoldaşıdır.

Mehdiqulu xan Vəfanın anasıdır.

Xanbikə xanımın anasıdır.

Mir Həsən Ağa Mirin anasıdır.

Mir Abbasin anasidir.

Bəhram xan Naxçıvanskinin nənəsidir.

Əkbər xan Naxçıvanskinin nənəsidir.

Xaqan xan Naxçıvanskinin nənəsidir.

Kamran xan Naxçıvanskinin nənəsidir.

Ənvər xanım Naxçıvanskayanın nənəsidir.

Sənubər xanım Naxçıvanskayanın nənəsidir.

Nəticələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan, Leyla xanım Usmiyeva  Nahidə-Leyla Məmmədova

Na­tə­van ya­ra­dı­cı­lı­ğa təx­mi­nən XIX əs­rin 50-ci il­lə­rin­dən baş­la­mış­dır. İlk vaxtlar onun "Xur­şid" im­za­sı ilə yaz­dı­ğı şeir­lə­rin ək­sə­riy­yə­ti itib-bat­mış, yal­nız cü­zi bir his­sə­si bi­zə gə­lib çat­mış­dır. 1870-ci il­dən eti­ba­rən şai­rə özü­nə "Na­tə­van" (kö­mək­siz, zəif, xəs­tə) tə­xəl­lü­sü gö­tü­rə­rək, də­rin məz­mun­lu qə­zəl­lə­ri­ni ya­rat­mış­dır. Onun şeir­lə­ri hə­lə sağ­lı­ğın­da dil­dən-di­lə düş­müş, əl­yaz­ma şək­lin­də ya­yıl­mış­dır. Xur­şid­ba­nu­nun şeir­lə­ri­ni məz­mun cə­hət­dən şər­ti ola­raq dörd qis­mə ayır­maq müm­kün­dür: aşi­qa­nə şeir­lər, tə­biət gö­zəl­lik­lə­ri­nə həsr edil­miş şeir­lər, müa­sir­lə­ri­nə yaz­dı­ğı mən­zu­mə­lər, hüznlü şeir­lər.

XIX əsrdə Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən birii, Şuşanıntəkraredilməz yaradıcı ab-havası və mühiti də olmuşdur. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır" (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Hal-hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar institutuna verildiyi barədə gümanlar var, lakin həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməmişdir.

Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış  Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.

Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Bəstəkar "Xan qızı Natəvan" operasını da yazmışdir.

Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.

Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın yeganə varisi deyərmişlər).

Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.

Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.

"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı" . Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.

Xurşidbanu Natəvan yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.

("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.

Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuşdur.Xurşidbanu Natəvan Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil etmişdir. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.

1858-ci il­də xoş­bəxt bir tə­sa­düf Ba­kı­da məş­hur fran­sız ya­zı­çı­sı Aleksandr Dü­ma ilə Xur­şid­ba­nu­nu rastlaşdırmışdır. Na­tə­va­nın hə­yat yol­da­şı Xa­say xa­nın fran­sız di­lin­i yaxşı bilməsi onlar ara­la­rın­da dostluq tel­lə­ri ya­rat­mış­dır. On­lar Ab­şe­ron­da bir­gə gə­zin­ti­yə çıx­mış, ay­rı­lar­kən bir-bi­ri­nə qiy­mət­li hə­diy­yə­lər təq­dim et­miş­lər. Na­tə­va­nın Ba­kı­dan Şıx kən­di­nə daş yol çək­dir­mə­si haq­qın­da ilk mə­lu­mat da A.Dü­ma­nın "Qaf­qa­za sə­ya­hət" ki­ta­bın­da öz ək­si­ni tap­mış­dır.

Əsərləri

Seçilmiş əsərləri. Təbriz: -1991.-112 s.

Əsərləri.-Bakı: Lider nəşriyyatı, 2004.-87 s.

Əsərləri.-Bakı: Yazıçı, 1984.-100 s.

33 qəzəl.-Bakı:: Gənclik, 1981.-36 s.

Şerlər.-Bakı:: Azərnəşr, 1965.-80 s.

Xurşudbanu Natəvana ithaf incəsənət əsərləri

Məmməd Rahim - «Natəvan» poeması

İlyas Əfəndiyev - "Xurşudbanu Natəvan" pyesi

Vasif Adıgözəlov - Natəvan (opera)

Rauf Adıgözəlov - "Qərənfil" romansı - sözləri: Natəvan, musiqi: Vasif Adıgözəlov

Natəvan - "Qərənfil" şeiri - səsləndirən: Laləzar Mehdixanlı

Haqqında olan ədəbiyyat

Cəfərzadə Ə. Natəvan haqqında hekayələr. Bakı: Azərnəşr, 1963, 60 səh.

Xurşud Banu Natəvan. Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı: 1979, səh. 44-48.

Məmmədov B. Xurşudbanu Natəvan. Bakı: Yazıçı, 1983, 158 səh.

Natəvanın şair qohumları. Bakı: Azərnəşr, 1989, 84 səh.

Əliyeva H. Natəvanın tikmələri. "Qobustan". 1970, N1, səh. 42-46.

Əfəndiyev İ. Xurşudbanu Natəvan. "Azərbaycan", 1985, N11, səh. 22-65.

Məmmədov B. Xurşudbanuya. "Ulduz", 1995, N1, səh. 36.

Filmoqrafiya

Qarabağa səyahət (film, 1968)

Dağlarda işıq (film, 1973)

Üzeyir ömrü (film, 1981)

Natəvan (film, 1982)

Mahur-hindi (film, 2001)

Düma ömrünün qırx günü (film, 2002)

Güllələnmiş heykəllər (film, 2002)

Məclisi üns (veriliş, 2006)

Papaq (film, 2007)

Xurşidbanu Natəvan (film, 2012)

 

Şeirləri

Qərənfil 

Oldum 

 

Qəzəlləri

Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz

Əgərçi xoşdu mənə ətri, həm səfası gülün

Dilbəra, dərdi-dilimdən belə ünvan etdim

Hicran ilə kim, daməni-qəm dəstrəsimdir

Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə

Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər

Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı

Nə yaxşı munis idi, heyf, nagəhan getdi

O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdim

Olmuşam dəhri-bəla içrə bu gün divanə mən

Rəqib töhməti etdi məni cüda, ey dust

Şuri-eşqin başıma axırı sövda gətirir

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm

Yanar canım, oğul, daim sənin nari-fəraqında

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə

Zəmanə saldi əcəb mohnətu məlalə məni

 

Növhələri

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR