Slimfit
  1. AZƏRBAYCAN

Yalçın Rzazadə Türkiyədə əməliyyat olundu

Yalçın Rzazadə Türkiyədə əməliyyat olundu
Sakura

Yalçın Rzazadə Türkiyədə əməliyyat olundu

Xalq artisti Yalçın Rzazadə ötən gün Türkiyədə əməliyyat olunub.

Bu barədə Kult.az-a xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib.

“Şükürlər olsun ki, əməliyyat yaxşı keçdi. Hazırda səhhəti stabildir, amma kritikliyini qoruyur. Atamın necə güclü insan olduğunu bilirdim, amma bu dərəcədə ağlıma belə gətirmirdim. Gücü, iradəsi nəticəsində hələ ki xəstəliyə güc gəlməyi bacarır. Bu, ilk əməliyyat idi, yenə olmalıdır”, - M.Rzazadə bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə aparılmışdı.

Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR