Ens.az
24 oktyabr 2019, cümə axşamı
.
.
chevron_left chevron_right
KOSMOS

Yeni asteroid aşkar edilib

Yeni asteroid aşkar edilib

Yeni asteroid aşkar edilib

Astronomlar Günəş ətrafında elmə məlum olan asteroidlərin içərisində ən kiçik periodlu kosmik daş müşahidə ediblər.

Los-Ancelesdən (ABŞ) 145 km cənub-şərqdə yerləşən Palomar rəsədxanasının “Zwicty transient facility” kamerası hər gecə səmanı sürətlə skan edir. Kamera hərəkət edən və sayrışan obyektləri müşahidə etməklə yanaşı, kosmik daş kimi obyektlərin axtarışını da həyata keçirir.

AZƏRTAC https://www.astronews.ru saytına istinadla xəbər verir ki, hazırda 2019 LF6 adını almış asteroid Günəş ətrafında 151 sutka periodla fırlanır: bu asteroiddə 1 il Yer ilinin yarısına bərabərdir. Asteroidin orbiti Yer orbitinin radiusundan kiçik olmaqla, Günəş ətrafında fırlanan, Yerətrafı obyektlər sinfində Atir ailəsinə aiddir. Bu kosmik daşın orbiti müəyyən vaxtlarda Veneranın orbitindən kənarda, bəzən də Günəşə Merkuridən daha yaxın olur.

“LF6 həm ölçüləri, həm də orbiti baxımdan qeyri-adidir – onun unikal orbiti belə böyük asteroidin Yerətrafı orbitlərdə onillərlə axtarışlarda kəşfdən necə yayınmasını izah edir”, - deyə asteroidi kəşf edən Kaliforniya Texnoloji İnstitutunun tədqiqatçısı Kbançji Ye (Quanzhi Ye) bildirib. O qeyd edib ki, belə asteroidlər sübh və ya axşam çağından 20-30 dəqiqə əvvəl daha yaxşı müşahidə olunur. Kbançji Ye indiyədək Atir sinfinə aid iki asteroid aşkar edib.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Çində bu balaca pandanı "alovlu tülkü" - ingiliscə firefox adlandırırlar. Siz bilirsiniz ki. Mozilla şirkətinin proqramçıları öz brauzerini məhv bu pandanın şərəfinə adlandırıb və hətta loqotipə onu yerləşdiriblər? Bəli, orada bəzilərinin hesab etdiy
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X