Slimfit
  1. ELM

Yerli və əcnəbi alimlər muzeydə tədqiqata başlayıblar

Yerli və əcnəbi alimlər muzeydə tədqiqata başlayıblar
Sakura

Yerli və əcnəbi alimlər muzeydə tədqiqata başlayıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunda yerli və əcnəbi mütəxəssislərin iştirakı ilə tədqiqata başlanılıb.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədqiqat AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şəmkir-Qaracəmirli ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və Münxen Lüdviq-Maksimilian Universitetinin qədim və müasir mədəniyyətlər şöbəsinin müdiri Kai Kaniutha və almaniyalı mütəxəssis Mikaela Skauer tərəfindən aparılır. Alimlər əsasən Şəmkir bölgəsinin abidələrinə məxsus arxeoloji tapıntıların araşdırılmasına cəlb ediliblər. Belə ki, tədqiqata cəlb olunmuş həmin tapıntıların xüsusi avadanlıq vasitəsilə kimyəvi tərkibi müəyyənləşdirilib.

Tədqiqatın yekun nəticələri sonda muzeyə təqdim olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR