Slimfit
  1. MARAQLI

Cef Bezos dünyanın ən varlı adamı oldu

Cef Bezos dünyanın ən varlı adamı oldu
Sakura

Amazon şirkətinin təsisçisi və baş direktoru Cef Bezos dünyanın ən varlı adamı oldu

Blumberq agentliyinin məlumatına əsasən Amazon şirkətinin təsisçisi və baş direktoru Cef Bezos şirkətinin səhmlərinin dəyərinin qalxması hesabına  Microsoft şirkətinin sabiq direktoru Bil Qeytsi keçərək dünyanın ən varlı adamı oldu.

Qeyts 2013-cü ildən indiyə qədər milyarderlər sırasında ilk yeri tuturdu. Amazonun kağız kotirovkaları hərracda 1.2% artdı. Şirkətin 17% səhminə sahib olan Bezosun varı 1 milyarddan artıq artaraq 90 milyard dolları keçdi.

Amazon səhmləri şirkətin kvartal hesabatını gözləmə müddətində bahalaşacaq və bazarın bağlanmasından sonra ictimaiyyətə açıqlanacaq. Analitiklər şirkətin gəlirinin artmasını 22% - 37,2 milyard dollar ( bir səhm üçün 1,42 dollar) həcmində proqnozlaşdırırlar. İlin əvvəlindən Amazon şirkətinin kapitallaşdırılması 40%-dən çox, yəni 503,2 milyard dollar artıb.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR