Slimfit
  1. TEXNOLOGİYA

LG ABŞ-da elektromobil hissələrinin istehsalı üçün zavod tikir

LG ABŞ-da elektromobil hissələrinin istehsalı üçün zavod tikir
Sakura

LG ABŞ-da elektromobil hissələrinin istehsalı üçün zavod tikir

LG Electronics korporasiyası ABŞ-da elektromobillər üçün hissə istehsalı üzrə zavodun inşası barədə məlumat verdi. Cənubi koreyalı nəhəng smarton bazarındakı itkilər fonunda yeni gəlir mənbələri axtarır.

Müəssisə Detroytun kənarında Heyzl-Parkda tikiləcək. İlk mərhələdə akkumulyatorların buraxılması planlaşdırılır, sonra isə elektrokarlar üçün əsas komponentlərin hazırlanması reallaşdırılacaq. Bu layihənin investisiyası 25 milyard dollar həcmində dəyərləndirilir.

LG 2015-ci ildə avtomobil məhsulları isteshalı üzrə məlumatlar açıqlamağa başlamışdı – bu bazara çıxandan iki il sonra. Bu vaxt ərzində şirkətin müvafiq şöbəsi ancaq bir kvartal üzrə gəlir gətirdi. 2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat vasitələri üçün hissələrin istehsalı vendora 30,9 milyard von (27,3 milyon dollar) zərər gətirdi.

LG şirkətinin planına görə fabrik Miçiqanda 2018-ci ildə fəaliyyətə başlayacaq. Təxmin olunacaq istehsal həcmi barədə heç bir məlumat verilməyib.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR